İtaliya mətbuatında yer alan xəbərdə Etnadakı vulkan püskürmələri səbəbiylə Kataniya Fontanarossa Hava Limanına eniş etməli olan bəzi təyyarələrin yaxınlıqdakı Palermoya istiqamətləndirilib, bəzi uçuşlar isə gecikdirilib.
Bildirilib ki, “Etna”nın fəaliyyətinə baxmayaraq, hava limanı bağlanmayıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) bağlı Etna Rəsədxanasının paylaşdığı son məlumata görə, 2021-ci ildən bəri heç bir püskürmə müşahidə olunmayan Etnanın hündürlüyü vulkanik fəaliyyətlər nəticəsində dəniz səviyyəsindən yuxarı qalxıb. İyunun son həftəsindən bəri davam edən və son günlər tez-tez kül və lava püskürən Voragine kraterinin hündürlüyü yığılmış lava səbəbindən 3 min 369 metrə çataraq 3 min 347 metr hündürlüyündəki cənub-şərq kraterini keçib. Xüsusilə 5-7 iyulda baş verən intensiv vulkanik fəaliyyətlərdən sonra Vorajin kraterində aparılan ölçmələrdə səviyyənin artdığı müəyyən edilib.
Son həftələrdə kül, lava püskürməsi, lava axınları və zəlzələlər kimi vulkanik fəaliyyətlərin tez-tez müşahidə edildiyi Etna dağı, Kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.