Vaxt.Az

“Çox qanaxma oldu”


 

Trampdan ilk açıqlama: “Nə baş verdiyini sonradan anladım”

“Çox qanaxma oldu” ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı ona qarşı edilən hücumla bağlı Truth sosial media hesabında paylaşım edib.

ABŞ məxfi xidməti və təhlükəsizlik rəsmilərinə sürətli müdaxiləyə görə təşəkkürünü bildirən Tramp seçki kampaniyası bölgəsində həyatını itirən şəxsin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Əldə etdiyi məlumata görə, atəş açan şəxsin də öldüyünü vurğulayan Donald Tramp, hücum edənin kimliyi ilə bağlı hələlik məlumatın olmadığını qeyd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hücum zamanı güllənin sağ qulağına dəydiyini bildirərək, “ölkəmizdə belə bir hadisənin baş verdiyinə inanmaq çətindir” deyib.

Güllə dəydikdən sonra “bir şeyin səhv olduğunu dərhal anladığını” ifadə edən Tramp çox qan itkisi keçirdiyini qeyd edib.

 





14.07.2024    çap et  çap et