Vaxt.Az

130 metrdəki hədəf


 

Trampa hücum zamanı damda olan bir nəfərin zərərsizləşdirildiyi iddia edilib

130 metrdəki hədəf Butler rayon prokuroru Riçard Qoldinger, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı baş verən hücumda sui-qəsdçinin, o cümlədən hadisə yerində olan bir nəfərin öldüyünü bildirdi.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında mitinqdə hücuma məruz qaldığı anın bir çox rakurslardan kadrları yayılıb.

Görüntülərin birində Trampın çıxış etdiyi podiumun sağ tərəfindəki binanın damında snayperlər diqqət çəkib. Trampa hücum edilən anda, snayperlər sürətlə atəş açdığı ekranda əks olunub.

ABŞ mətbuatının məlumatına görə, sui-qəsdçi Donald Trampın çıxış etdiyi tribunadan 130 metr aralıda yerləşən birmərtəbəli binanın damından atəş açıb.

 





14.07.2024    çap et  çap et