Bir müddət öncə Avropada rouminq ödənişlərinin ləğvi ilə bağlı müzakirələr getdiyi haqda məlumat vermişdik. Bu qərar Avropa İttifaqı tərəfindən artıq qəbul olunub. Belə ki, Avropa parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar 2015-ci ilin dekabrında qüvvəyə minəcək
Vaxt.az xəbər verir ki, Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroesin sözlərinə görə, qərar həm vətəndaşlar, həm biznes, həm də hökumət üçün faydalı olacaq.
Aİ
ölkələrinin hökumətləri qərarı Avropa Komissiyasının cari ilin dekabrında başa
çatacaq hazırkı tərkibinin fəaliyyət müddəti sona yetənədək təsdiq
etməlidirlər.
Aİ
təmsilçisi onu da əlavə edib ki, rouminq ilə yanaşı, Aİ ölkələrində səfərdə
olan zaman mobil telefonlardan internetə çıxış üçün əlavə ödəniş də ləğv
olunur. Belə ki, Avropa Parlamenti həmçinin şəbəkə neytrallığı qaydalarının sərtləşdirilməsi
haqqında qərar qəbul edib. Sənədə əsasən, provayderlər Aİ-yə üzv ölkələrdə
bütün sayt və əlavələrə eyni trafik sürətini təqdim edəcək.
çap et