Vaxt.Az

Satışa çıxdı


 

Sui-qəsd cəhdini fürsətə çevirdilər

Satışa çıxdı Pensilvaniyada seçki mitinqində hücuma məruz qalan ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəkli olan köynəklər satışa çıxarılıb.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, ölkənin 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.

Dəhşətli hücumdan cəmi bir neçə saat sonra virtual alış-veriş platformalarında Trampın sui-qəsddən sonra əlini yumruq halına saldığını əks etdirən köynəklər satışa çıxarılıb.

Əvvəllər “Twitter” kimi tanınan X sosial media platformasında köynəklərin təqdimatını edən dizayner Hoc Tvins (Hodge Twins),  və “Bu satışdan əldə edilən bütün gəlir Trampın seçki kampaniyasına köçürüləcək”, – deyib.

“Barstool Sports”un qurucusu Deyv Portnoy da bu köynəklərin öz satış kanallarında satılmağa başladığını bildirib və X-də açıqlama verib.

Köynəklər müxtəlif satış kanallarında satışa çıxarılıb. İlkin pərakəndə satış qiyməti 25 dollar olan köynəklərin qiyməti sonradan 35 dollara yüksəlib. Müxtəlif rəng və ölçü variantlarında satışda olduğu deyən satıcılar köynəklərin hətta “6XL” ölçüsünə qədər istehsal edildiyini bildiriblər.

 





14.07.2024    çap et  çap et