Ən çox baxılan treylerlər
Yeni filmdə Pol Meskal Kommodusun qardaşı oğlu Luçiusun cavan versiyasını canlandırır. Onu Pedro Paskal, Denzel Vaşinqton, Cozef Quinn və Konni Nielsen kimi Hollivud ulduzları müşayiət edir.
“YouTube”da “Gladiator-2”nin rəsmi treyleri “Paramount” şirkətinin 24 saat ərzində ən çox baxılanlardan biri olub. Ancaq bir çox kinosevərlər treylerdən razı qalmadıqlarını deyiblər.
“YouTube”da treyler 133 min bəyənmə topladığı halda, 279 min insan (iki dəfədən artıq) “bəyənmədim” düyməsini basıb. “Hollywood Reporter”in xəbərinə görə, bu, böyük bir film üçün qeyri-adi haldır.
Üç səbəb var
Treylerin altındakı və sosial mediada yazılan şərhlərə baxsaq, reaksiyanın üç səbəbi var. Əvvəla, üç dəqiqədən çox olan treyler film haqqında çox şey açdığı üçün tənqid edilib.
İkinci və ən çox göstərilən səbəb reklam çarxı üçün mahnı seçimidir. Treylerdə Keyni Uest və Cey-Z-nin “No Church in the Wild” (Vəhşi təbiətdə kilsə yoxdur) mahnısından istifadə edilib.
Bəzi izləyicilər “Roma imperiyası haqqında filmdə rep musiqisinin nə işi var” sualına cavab istəyib. Bu reaksiyalardan sonra ilk film üçün Hans Zimmerin bəstələdiyi “Now We Are Free” (İndi biz azadıq) yer aldığı alternativ versiya hətta paylaşılıb.
Treylerin aldığı mənfi reaksiyaların üçüncü səbəbi Denzel Vaşinqtondur. Oskar mükafatlı aktyor “qladiatorların tövləsi olan amansız güc brokeri” kimi təsvir edilən Makrinus rolunu oynayır. Ancaq bəziləri Vaşinqtonun filmdə Nyu-York ləhcəsi ilə danışmasından şikayətlənir.
Gəlir gözlənildiyinə çata biləcəkmi?
Bütün bu mənfi şərhlərdən sonra 86 yaşlı rejissor Skottun yüksək büdcəli tarixi epopeyasının gəlirlərinin gözlənildiyini qarşılayacağı maraq doğurur.
İlk Qladiatorda Kommod tərəfindən xəyanət edilən və ailəsinin qisasını almaq üçün qladiator kimi döyüşməyə məhkum edilmiş Roma imperiyasının generalı Maksimusu Rassell Krou canlandırmışdı.
Film fantastik gəlir qazandıran səhnə əsəri ən yaxşı film və ən yaxşı aktyor da daxil olmaqla bir neçə nominasiyada Oskar mükafatı da qazanmışdı.