Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Rossiya-24” dövlət kanalında Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Trampa silahlı hücumla bağlı açıqlama verib.
XİN rəsmisi Donald Trampa sui-qəsd cəhdindən sonra verdiyi açıqlamada ABŞ-da prezident və prezidentliyə namizədlərə qarşı sui-qəsdlərin ölkənin daxili siyasi həyatında “ənənə” olduğunu bildirib.
ABŞ prezidenti Co Baydenin ölkədə prezidentlərə, prezidentliyə namizədlərə, ictimai xadimlərə və siyasi xadimlərə qarşı sui-qəsd cəhdlərinin ABŞ-ın daxili siyasi həyatının ağrılı təzahürləri olduğunu bildirdiyini qeyd edən Zaxarova, “amma demədiyini demək istərdim. Bayden deyib ki, bu, yalnız ABŞ-ın daxili siyasi həyatıdır”, – deyib.
çap et