Güllə qulağının sol nahiyəsini deşdikdən sonra sosial mediada sağlıq durumu haqda məlumat verən Tramp şənbə günü axşam xəstəxanadan buraxılıb.
“Belə bir hərəkətin ölkəmizdə baş verə bilməsi ağlasığmazdır”, – Tramp bildirib.
Hadisəyə reaksiya verən Prezident Co Bayden, Vitse-Prezident Kamala Harris və sabiq prezident Baraka Obama siyasi zorakılığı qəti şəkildə pisləyən bəyanatlarla çıxış ediblər.
Trampın seçki kampaniyasının yaydığı bəyanatda prezidentliyə namizədin yerli tibbi müəssisədə müayinə ediliyi bildirilir.
Dünən (iyulun 13-də) o, rəqabətin qızğın olduğu Pennsilvaniya ştatının Batler şəhərinə təşviqat mitinqinə gəlmişdi.
Öz sosial media saytında yaydığı açıqlamada Tramp atəş açan şəxsin öldürülüdüyünü, onunla yanaşı bir nümayişçinin öldürüldüyünü və digərinin yaralandığını təsdiqləyib Xüsusi Xidmət X platformasındakı açıqlamada yaralanan nümayişçilərin sayının bir yox, iki nəfər olduğunu bildirib.
Tramp öz bəyanatında Xüsusi xidmətə öz minnətdarlığını ifadə edib.
“Güllə qulağımın yuxarı nahiyəsini deşib”, deyə Tramp bildirib: “Mən dərhal bildim ki, nəsə düz deyil, çünki vıyıltı, atəş səsləri eşitdim və güllənin dərini cırdığını hiss etdim. Çoxlu qanaxma baş verdi və onda nə baş verdiyini dərk etdim. Tanrı Amerikanı qorusun!”
Sabiq prezident və Respublikaçılar partiyasının prezidentliyə namizədi insident baş verən vaxt mitinq iştirakçılarına sərhəd keçidləri ilə bağlı rəqəmləri nümayiş etdirirdi. İzdiham silah atəşinə bənzər bir neçə kiçik partlayış səsləri eşidən zaman sabiq prezident əli ilə üzünə toxunub və tribunanın arxasına keçib. O, dərhal Məxfi xidmət mühafizəsi tərəfindən çevrəyə alındı. Həmin an Trampın “imkan verin ayaqqabılarımı geyinim” dediyi eşidilir.
Daha sonra sağ qulağı qanayarkən, o bir neçə dəfə “gözləyin” deyib. Bundan sonra Tramp sağ əlini qaldırdı və qəzəbli şəkildə “Savaşın, savaşın, savaşın” deyib.
Məxfi xidmətin sözçüsü Antoni Quqlielmi “X” sosial şəbəkəsindəki şəxsi hesabında status paylaşıb: “Məxfi xidmət mühafizə tədbirlərini icra edib və sabiq prezident təhlükəsizlikdədir. Bu, hazırda Məxfi xidmətin fəal tədqiqatı altındadır və yeni məlumat olduqca paylaşılacaq”.
Prezident Bayden hadisədən az sonra bəyanatla çıxış edib.
“Mən onun, onun ailəsi və nümayişdə iştirak edən hamı üçün dua edirəm. Amerikada bu cür zorakılığa yer yoxdur. Biz millət olaraq bunu pisləməkdə birləşməliyik”.
Vitse-Prezident Harris də verdiyi bəyanatda Trampa xoş diləyini çatdırıb.
“Biz hamımız bu cür iyrənc hərəkəti pisləməli və öz üzərimizə düşəni etməliyk ki, bu, əlavə zorakılıqlara gətirib çıxarmasın”.
Batler qraflığının prokuroru Riçard Qoldinger “Associated Press” agentliyinə bildirib ki, şübhəli silahlı şəxs və ən azı bir mitinq iştirakçısı ölüb.
Trapın böyük oğlu Donald Tramp Jr. “X” sosial şəbəkəsində Trampın ABŞ bayrağı önündə yumruğunu qaldırmış fotosunu paylaşaraq, “O, Amerikanı xilas etmək üçün döyüşü heç vaxt dayandırmayacaq” yazıb.
Şimali Dakota qubernatoru Daq Borqum, Florida senatoru Marko Rubio və Ohayo senatoru Cey. Di. Vans Trampın potensial vitse-prezidentiyə namizədlik siyahısındadırlar. Hər üç şəxs sabiq prezidentin durumu ilə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.
Pensilvaniya ştatının qubernatoru, Demorkat Coş Şapiro “X” sosial səbəkəsində insidentlə bağlı məlumatlandırıldığını bildirib: “İstənilən siyasi partiya və ya siyasi lideri hədəfləyən zorakılıq qəbuledilməzdir. Pensilvaniyada və Birləşmiş Ştatlarda buna yer yoxdur”.
Senat Respublikaçılarının lideri, Kentaki senatoru Mitç Makkonel həmin sosial platformada yazıb: “Bu axşam bütün amerikalılar dinc mitinqə alçaq hücumdan sonra prezident Trampın vəziyyətinin yaxşı olduğuna minnətdardırlar. Bizim siyasətdə zorakılığa yer yoxdur. Biz Məxfi xidmətin və hüquq-mühafizə orqanlarının sürətli işini yüksək qiymətləndiririk”.