Vaxt.Az

“Qorxmayacağıq!”


 

Trampın sui-qəsd cəhdindən sonra yeni açıqlaması: “Birlik olmalıyıq”

“Qorxmayacağıq!” ABŞ-ın keçmiş prezidenti Tramp seçki mitinqinə silahlı hücumdan sonra ikinci dəfə açıqlama verib. Amerikalıları “birliyə” çağıran Tramp, “Qorxmayacağıq, əksinə inancımızda möhkəm qalacaq və şərə meydan oxuyacağıq” deyib. Tramp həmçinin bu həftə Respublikaçıların Milli Konvensiyasının (RNC) keçiriləcəyi Viskonsin ştatından çıxışını səbirsizliklə gözlədiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü Pensilvaniyada baş verən atışma ilə bağlı özünün sosial media platforması olan “Truth Social”da ikinci açıqlamasını verib.

Sui-qəsd cəhdindən sonra ikinci dəfə açıqlama verən Tramp yazıb: “Dünənki sözlərinizə və dualarınıza görə hər kəsə təşəkkür edirəm, çünki ağlasığmaz hadisələrin baş verməsinin qarşısını alan yalnız Tanrı idi.

Biz qorxmayacağıq, əksinə imanımızda möhkəm qalacağıq və şərə meydan oxuyacağıq. Bizim sevgimiz digər qurbanlara və onların ailələrinə gedir.

Yaralananlara şəfa diləyir və dəhşətli olayda şəhid olan vətəndaşın xatirəsini qəlbimizdə yaşadırıq.

İndi həmişəkindən daha çox vacibdir ki, biz birləşək və amerikalılar kimi öz həqiqi xarakterimizi göstərək, güclü və qətiyyətli qalaraq zülmün qalib gəlməsinə imkan verməməliyik.

“Mən ölkəmizi həqiqətən sevirəm, hamınızı sevirəm və bu həftə Viskonsin ştatından böyük millətimizə danışmağı səbirsizliklə gözləyirəm”.

 





15.07.2024    çap et  çap et