Günəş fırtınalarının atmosferə təsirlərinin rabitə kəsilməsinə səbəb olduğu bilinir. Bununla belə, Yerin maqnit sahəsinə dəyən planetlərarası zərbələr də yer üzündə güclü elektrik cərəyanlarına səbəb olmaqla “infrastruktur”u təhdid edir. “Frontiers in Astronomy and Space Sciences” jurnalında dərc olunan məqalə göstərir ki, Şimal qütbündə parıltıya səbəb olan eyni qüvvələr boru kəmərləri kimi elektrik enerjisi keçirən infrastrukturlara da zərər verə biləcək cərəyanlara səbəb olur. Qütb şüalarının iki prosesdən yarandığını izah edən məqalədə bunun Günəşdən atılan hissəciklərin Yerin maqnit sahəsinə çatması və geomaqnit qasırğasına səbəb olması və ya planetlərarası zərbələrin Yerin maqnit sahəsini sıxması nəticəsində meydana gəldiyi bildirilir.