Vaxt.Az

AP-də 10-cu qanunvericilik müddəti başlayıb


 

İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq

AP-də 10-cu qanunvericilik müddəti başlayıb Avropa Parlamentinin (AP) sədri Roberta Metsola 10-cu qanunvericilik dövrünün rəsmi olaraq başladığını açıqlayıb. O, sosial şəbəkə hesabında yazdığı statusda, “AP-nin 10-cu qanunvericilik dövrünə xoş gəlmisiniz”, – yazaraq hər kəsi salamlayıb.

AP sədri onun rəhbərliyi altında keçirilən mərasimdə Strasburqda AP binası qarşısında qaldırılan Avropa İttifaqının (Aİ) bayrağının görüntülərini də dərc edib.

Beləliklə, iyunun 6-9-da keçirilən seçkilərdən sonra AP-də 10-cu qanunvericilik dövrü rəsmən başlayıb.

Sabah ilk dəfə toplanacaq yeni Baş Assambleyada yenidən AP prezidentliyinə namizəd olan Metsola üçün səsvermə keçiriləcək.

Baş Assambleya iyulun 18-də Aİ Komissiyasının prezidentliyinə namizəd Ursula fon der Leyenə etimad səsverməsi keçirmək üçün toplanacaq.

 





15.07.2024    çap et  çap et