Vaxt.Az

Trampın məhkəmə işinə xitam


 

O, “məxfi sənədləri gizlətməkdə” ittiham edilirdi

Trampın məhkəmə işinə xitam Ötən gün prezidentlik müddəti bitdikdən sonra gizli sənədləri saxladığı iddiası ilə hücuma məruz qalan Donald Trampa qarşı açılan iddiadan imtina edilib. Bu ABŞ-ın keçmiş prezidentinin Ağ Evdəki səlahiyyət müddətindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində məxfi dövlət sənədlərini saxlamaqda ittiham edən federal məhkəmə işi idi.

Prosesə sədrlik edən hakim Aylin Kanun işin dayandırılmasına səbəb kimi ittihamnaməni hazırlayan xüsusi prokuror Cek Smitin təyinatını və maliyyələşməsini göstərib.

Yayımlanan 93 səhifəlik qərarda hakim Kanun, “xüsusi prokuror Smitin təyinatı ABŞ Konstitusiyasının Təyinatlar Maddəsini pozduğu üçün onun hazırladığı iddianamə rədd edilib”, – deyib.

Kanun, həmçinin xüsusi prokuror Smitin ittiham aktı zamanı daimi və qeyri-müəyyən maliyyə vəsaitindən istifadə etməsinin də ABŞ Konstitusiyasının Təxsisatlar Maddəsini pozduğuna diqqət çəkib, lakin qeyd edib ki, iş Təyinatlar Maddəsi əsasında rədd edildiyi üçün məhkəmənin maliyyələşdirmə pozuntusunu aradan qaldırmaq üçün hər hansı bir şey etməsinə ehtiyac yoxdur.

Qərarda qeyd olunub ki, sözügedən pozuntu maddələri əsasında keçmiş prezident Donald Trampın prokuror Smitin qanunsuz təyinatı və maliyyələşməsi əsasında işdən xitam verilməsi ilə bağlı müraciəti qəbul edilib.

***

Tramp qərarla bağlı sosial media hesabında etdiyi paylaşımda, “şənbə günü baş verən dəhşətli hadisədən sonra birləşmə çağırışı edərkən, Floridada bu qanunsuz ittihamnaməni rədd etmək, digər “cadugər ovu” hallarını tez bir zamanda aradan qaldırmaq üçün ilk addım olmalıdır", – yazıb.

Yanvarın 6-da Konqresə basqın, Nyu-Yorkda susmaq üçün pul davası və Corciya ştatında seçkiyə müdaxilə iddialarına işarə edən Tramp, Demokratik Ədliyyə Departamentinin bu işləri prezident Co Baydenin siyasi rəqibi olduğu üçün ona qarşı siyasi hücum kimi qaldırdığını iddia edib.

***

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evinə 8 avqust 2022-ci il səhər saatlarında FTB agentləri tərəfindən “məxfi sənədlər” araşdırması üçün basqın edilib və axtarış aparılıb.

Basqını və ona qarşı aparılan araşdırmaları “siyasi” adlandıran Tramp xüsusi olaraq Mar-a-Laqodan götürülmüş sənədlərin “müstəqil arbitr və ya xüsusi hakim” tərəfindən araşdırılmasını istəyib.

***

Trampla bağlı “gizli sənədlər” və “6 yanvar Konqresə basqın” araşdırmalarında xüsusi ekspert təyin edilən keçmiş baş prokuror Cek Smit Trampı Ağ Evdəki vəzifəsindən çıxarkən özü ilə gizli sənədlər götürməkdə və onlardan istifadə etməkdə ittiham edib. İyunun 9-da açıqlanan 49 səhifəlik iddianamədə onlarla birlikdə onu federal araşdırmalara mane olmaqda günahlandırdı.

İddianamənin ardından iyunun 13-də Mayamidə hakim qarşısına çıxan və “federal istintaq çərçivəsində ikinci dəfə hakim qarşısına çıxan ilk keçmiş prezident” kimi tarixə düşən Tramp özünə qarşı 37 ayrı ittihamı da rədd edib.

Trampın vəkilləri Smitin təyinatının və istintaq zamanı ayrılan maliyyənin konstitusiyaya zidd olduğunu əsas gətirərək, işin ləğv edilməsini istəyiblər.

 





15.07.2024    çap et  çap et