AB Komissiyasının Baş sözçüsü Erik Mamer sosial media hesabından etdiyi şərhdə, AB Komissiyasının sədri Ursula fon der Leyenin Macarıstanın sədrliyi ilə keçiriləcək bütün qeyri-rəsmi toplantılarda Komissiya üzvləri deyil, yüksək səviyyəli dövlət məmurları tərəfindən təmsil olunmasına qərar verdiyini bildirib.
AB müddətinə sədrlik edən ölkələr müxtəlif məsələlər üzrə AB ölkələrinin nazirlərini və AB Komissiyasının müvafiq üzvlərini bir araya gətirən qeyri-rəsmi görüşlər təşkil edirlər.
***
Mamer Komissiyanın sədrlik edən ölkələrə adi səfərinin Macarıstana edilməməsinə qərar verildiyini də bildirib.
Komissiyanın Budapeştə səfəri sentyabrda planlaşdırılırdı.
Von der Leyenin qərarı Macarıstanın baş naziri Viktor Orbanın "sülh missiyası" adlandırdığı bir sıra səfərlər zamanı Rusiyanın paytaxtı Moskvada prezident Vladimir Putinlə də görüşündən sonra verilib.
***
Macarıstanın baş naziri Orbanın ölkəsinin AB-yə sədrlik dövrünün 5-ci günündə Moskvaya səfəri qurum daxilində kəskinreaksiyaya səbəb olub. Mamer məsələ ilə bağlı əvvəlki açıqlamasında Macarıstan tərəfindən səfərdən əvvəl Aİ-yə məlumat verilmədiyini bildirmişdi.
Von der Leyen həmçinin, “Orban Moskvaya səfər edir. Putini sakitləşdirməklə dayandırmaq olmaz. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün yolunu açacaq”, – deyib.
Avropa Şurasının prezidenti Çarlz Mişel isə xəbərdarlıq etmişdi: “AB-nin müddətli sədrliyinin AB adından Rusiya ilə əlaqə saxlamaq səlahiyyəti yoxdur”.
AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell də “Macarıstanın baş naziri təşkilatı heç bir şəkildə təmsil etmir” deyib.
Lakin AB-nin reaksiyalarına baxmayaraq, Moskvaya səfər edən Orban məqsədinin Birliyi təmsil edərək danışıqlara başlamaq deyil, sülh yolunda ilk addımların atılmasına xidmət etmək olduğunu bildirib.
***
2014-cü ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqından sonra AB-Rusiya münasibətləri gərginləşdi və 2022-ci ildə Ukrayna-Rusiya müharibəsinin başlaması ilə o, müvəqqəti işlər vəkili səviyyəsinə endirildi.
AB ölkəsi Macarıstan və AB arasında Ukrayna-Rusiya müharibəsi, Ukraynaya hərbi və maliyyə dəstəyi, Ukraynanın AB-yə üzvlük danışıqları kimi məsələlərdə fikir ayrılıqları var.
Müharibə ilə bağlı AB-dən fərqli siyasət yürüdən Orban tez-tez “Rusiyayönlü” olmaqda ittiham edilsə də, Macarıstan lideri bu iddiaları rədd edir.