Vaxt.Az

“Teatr” sözünə görə üzrxahlıq


 

“İstənilən başqa məsələ diqqəti yayındırır”

“Teatr” sözünə görə üzrxahlıq Demokratik strateq və “LinkedIn”in həmtəsisçisi və demokrat namizədlərə ianə verən milyarder Reid Hoffmanın müşaviri Dmitri Mehlhorn Respublikaçı keçmiş prezident Donald Trampın güllələnməsinin “teatr” olduğunu iddia etdiyi üçün üzr istəyib.

“Dünən gecə, indi peşman olduğum bir “e-mail” göndərdim. Bu məktubu komandamla məsləhətləşmədən hazırladım. Mən birbaşa onlardan üzr istədim. Həm də sözlərimin dünən gecənin əsas həqiqətindən yayınmasına şərait yaratdığım üçün açıq şəkildə üzr istəmək istəyirəm. Bu zorakılıq günahsız amerikalının ölümünə səbəb oldu. Bu cür zorakılıqları tərəddüdsüz bir şəkildə qınamaq üçün birləşməliyik. İstənilən başqa məsələ diqqəti yayındırır”, – bəyanatda deyilir.

Mehlhornun üzrünə səbəb olan “Bu “atışma” hadisəsinin təşviq edildiyi və bəlkə də Trampın fotoşəkilləri çəkməsi və reaksiyalardan faydalanması üçün səhnələşdirildiyi ehtimalı var” bu sözləri jurnalistlərə və tərəfdarlarına elektron poçtla göndərmişdi.

 





15.07.2024    çap et  çap et