Vaxt.Az

Bayden səhnəyə qayıtdı


 

“Niyə Trampın dediyi yalanlar barədə danışmırsınız?”

Bayden səhnəyə qayıtdı ABŞ prezidenti Co Bayden özəl televiziya kanalına müsahibəsində gündəmlə bağlı açıqlamalar verib. Respublikaçı rəqibi Donald Trampa qarşı sui-qəsd cəhdindən çox təəccübləndiyini bildirən Bayden, Amerika siyasətində şiddətə yer olmadığını vurğulayıb. Hadisədən sonra Trampla sözlərinə toxunan Bayden, “O, çox səmimi idi. Ona nə qədər narahat olduğumu və onun necə olduğunu bildiyimə əmin olmaq istədiyimi söylədim. Səsi yaxşı gəlirdi. Yaxşı olduğunu dedi və ona zəng etdiyim üçün təşəkkür etdi”, – deyib.

“Bu atışma yarışın gedişatını dəyişdi” sualına “mənim bundan xəbərim yoxdur. Siz də bilmirsiniz”, – cavabını verib. Bayden “Təhlükəsizlikdə boşluq olub-olmadığını” soruşanlara, “Mənim FTB və Gizli xidmətlə iki görüşüm oldu. Hamısından tamamilə müstəqil bir analiz istədim. Bu analizin nəticələri açıqlananda nə olacağını görəcəyik”, – deyə cavab verib.

***

Trampla keçirdiyi seçki debatı ilə bağlı suala cavab verən Bayden daha sonra bütün debatı izləmədiyini bildirib. Mətbuata yalnız öz performansını gündəmə gətirməsinə reaksiya verən Bayden, Trampa işarə edərək, “Niyə onun dediyi yalanlardan danışmırsınız? Niyə mətbuat bu barədə heç vaxt qeyd etmir? Onun həmin debatda 28 dəfə yalan dediyi təsdiqlənib”.

***

Yaşına görə ABŞ prezidentlik yarışından geri çəkilmək çağırışlarına cavab verən Bayden, “Mən qocalmışam. Ancaq Trampdan cəmi üç yaş böyükəm və psixi vəziyyətim kifayət qədər yaxşıdır”, – deyib. “Üç il yarım ərzində heç bir prezidentin uzun müddətdir edə bilmədiklərini etdim. İnsanların niyə “aman Tanrım, onun 81 yaşı var” dediklərini başa düşürəm. “Heyrət! Vay! 83, 84 yaşına çatanda nə olacaq?“ Bu, ağlabatan sualdır”, – deyib. İlkin seçki dövründə Demokrat seçicilərin onu siyahının başı olaraq seçdiyini xatırladan Bayden, “Onları eşidirəm” dedi.

Seçki yarışında qalmaq və ya yarışdan geri çəkilmək kimi məsələlərdə kiminlə məsləhətləşdiyini soruşduqda Bayden belə cavab verdi: “Özümlə. Mən bunu çoxdan edirəm”, – deyə cavab verib.

***

İyulun 8-də donorlarla telefon danışığı zamanı işlətdiyi “Trampı hədəf almağın vaxtıdır” sözlərinə aydınlıq gətirən Bayden “Bu sözü işlətmək səhv idi” deyib. “Mən o zaman ona diqqət yetirin demək istədim. Onun etdiklərinə diqqət edin. Diqqətinizi onun siyasətlərinə yönəldin, debatda söylədiyi yalanların sayına diqqət yetirin”, – deyən Bayden sözlərinə belə davam edib: “Mən “İstəyirəm” deyən adam deyiləm. İlk gündən diktator olmaq. Mən seçkinin nəticəsini qəbul etməkdən imtina edən adam deyiləm. Vətəninizi yalnız qazandığınız zaman sevməyin. Ona görə diqqətimiz onun dediklərinə yönəldi”.

***

İstifadə etdiyi dillin qızışdırıcı ola biləcəyini düşünüb-düşünməməsi ilə bağlı suala Bayden, “Birini təxribata çəkə biləcəyiniz üçün heç nə demirsinizmi?” Bayden, onun deyil, rəqibi Trampın qızışdırıcı dil işlətdiyini deyib: “O, uduzsa, bunun qan gölünə çevriləcəyindən danışır. Seçirlərsə, Konqres binasına basqın zamanı həbs olunanların necə əfv edəcəyindən danışır”.

 





16.07.2024    çap et  çap et