“Anora” 2011-ci ildə “Həyat Ağacı” filmindən sonra “Qızıl Palma” mükafatını qazanan ilk Amerika filmi olub. Filmdə baş qəhrəman kimi 2016-2022-ci illərdə nümayiş olunan “Daha yaxşı şeylər” (“Better Things”) serialları ilə tanınan Mayki Medison (Mikey Madison) çəkilib. Filmə adı verilən obraza həyat verən 25 yaşlı aktrisa rus oliqarxın oğlu ilə evlənən Nyu-Yorklu seks işçisini canlandırır.
***
“Anora” filminin yayımını “Neon” şirkəti üzərinə götürüb. Filmin treylerində Anoranın Las-Veqasa getdiyi və kiçik, ağ kilsəyə daxil olduğu, ancaq nikahlarını pozmağa çalışan insanların onu izlədiyi görünür. Yol boyu çoxlu ziyafətlər, şəxsi təyyarə səfərləri və xəz alış-verişi var.
Film 1990-cı illərin məşhur romantik komediya filmi olan “Gözəlçə” filmində Culiya Roberts və Riçard Gere ilə birlikdə rol aldığı filmlə müqayisə edilib.
Beykerin 2021-ci ildə çəkdiyi “Qırmızı raket” (“Red Rocket”) filmindən sonra növbəti işi olan “Anora” Kannda tənqidçilərdən yüksək qiymət alıb və ən yüksək mükafatı – “Qızıl Palma budağı”nı qazandı.
“Anora” kimi, “Red Rocket” də Kann Film Festivalında Qızıl Palma budağı uğrunda yarışdı, lakin mükafat Culiya Dyukurnonun çəkdiyi “Titane” filmi oldu.
***
Ssenarisini Beykerin yazdığı “Anora”da Mayki Medisonun tərəf müqabili Yuri Borisovdur. “Anora” oktyabrın 18-də ABŞ-da kinoteatrlarda nümayiş olunacaq.