«Ekonomist» Gəzi hadisələrində Ərdoğanın sultan geyimində şəklini çəkərək üz qabığının fotosu etmişdi. Şəkilin altına isə, «Demokratdır, yoxsa sultan?» yazmışdı.
Jurnal son buraxılışında isə Ərdoğanın müxalifəti çaş-baş saldığını xüsusi vurğulayır. Jurnalı ən çox narahat edən isə baş nazirin getdikcə daha da avtoritar davranması və nəticədə Türkiyədə qütbləşmənin yayılmasıdır.
Jurnal yazır: «90-cı illərin xaosundan sonra Türkiyə 10 il Ərdoğanın idarəçiliyi ilə sabit, çiçəklənən bir dövr keçirdi».
«Ekonomist» Ərdoğanın prezidentliyə namizəd olmağa hazırlaşdığını yazıb: «Ərdoğan Cümhuriyyətin 100-cü ilində, daha dəqiq 2023-cü ildə prezident postunda oturaraq Atatürkdən sonra Türkiyənin ən böyük lideri olduğunun qeyd etmək istəyir».
Jurnal qeyd edir ki, Atatürkün də avtoritar davranışları olub, lakın o türklər tərəfindən «birləşdirici» bir şəxsiyyət olaraq xatırlanır: «Əgər cənab Ərdoğan da eyni şəkildə xatırlanmaq istəyirsə, sadəcə ona səs verənlərin deyil, bütün türklərin mənfəətini təmsil etsin».