Vaxt.Az

Nüvə ittifaqı


 

İki ölkə arasında əməkdaşlıq mərhələ adlayıb

Nüvə ittifaqı Cənubi Koreya prezidenti Yun Suk Yol (Yoon Suk Yeol), Cənubi Koreya-ABŞ əməkdaşlığının ABŞ ilə birgə nüvə qarşısının alınması planı imzaladıqdan sonra “nüvə əsaslı” ittifaq səviyyəsinə yüksəldiyini söylədi.

Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Yun Yol Nazirlər Şurasının iclasında Cənubi Koreya-ABŞ müttəfiqliyi ilə bağlı açıqlamalar verib.

Koreya prezidenti 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Zirvəsi zamanı iki ölkə arasında imzalanan ortaq nüvə qarşısının alınması planından sonra Cənubi Koreya-ABŞ əməkdaşlığının “nüvə əsaslı” ittifaq səviyyəsinə yüksəldiyini bildirib.

ABŞ-ın həm müharibə, həm də sülh dövründə Koreya yarımadasındakı nüvə varlıqlarına “xüsusi missiya” tətbiq edəcəyini bildirən Yoon, “Şimali Koreyadan gələn hər hansı nüvə təhdidinə tez və təsirli şəkildə cavab verəcək bir mövqe yaratdıq”, – deyib.

Yun həmçinin nazirləri son günlər ölkədə yağan güclü yağışlar nəticəsində zərər çəkmiş bölgələr üçün dəstək tədbirlərini tez həyata keçirməyə çağırıb.

ABŞ və Cənubi Koreya “Şimali Koreyanın artan nüvə və raket təhdidlərinə qarşı” əməkdaşlığı təkmilləşdirmək üçün iyulun 11-də NATO Liderlər Zirvəsi çərçivəsində birgə nüvə qarşısının alınması planı imzalayıb.

 





16.07.2024    çap et  çap et