Vaxt.Az

Orbana qurşaqdan aşağı zərbə


 

Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir

Orbana qurşaqdan aşağı zərbə Avropa Parlamentinin (AP) 63 üzvü Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinə mübahisəli səfərlərindən sonra onun Avropa Birliyində (AB) səsvermə hüququnun alınmasını tələb edib.

Avropa Xalq Partiyasının (EPP) Estoniya millət vəkili Riho Terras sosial media hesabında 62 deputatla birlikdə Macarıstanın AB-də səsvermə hüququnun əlindən alınmasını tələb edən məktub imzaladığını açıqlayıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Çarlz Mişel və Avropa Parlamentinin (AP) sədri Roberta Metsolaya ünvanlanan məktubda Viktor Orbanın, ölkəsinin AB-nin müddətli sədrliyi rolundan sui-istifadə edərək quruma ciddi ziyan vurduğu iddia edilirdi.

Millət vəkilləri Orbanın Rusiya və Çinə səfərləri zamanı “öz səlahiyyətlərini qəsdən yanlış təqdim etdiyini” iddia edərək, AP-ni məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Məktubda EPP millət vəkillərindən başqa, liberal Avropanı Yeniləyin və Yaşıllar Partiyasının deputatlarının imzaları da var.

AB Komissiyası dünən də Macarıstanın sədrliyi ilə keçiriləcək bütün qeyri-rəsmi iclaslarda Komissiya üzvləri deyil, yüksək səviyyəli dövlət qulluqçuları tərəfindən təmsil olunmasına qərar verib. Bundan əlavə, Komissiya nümayəndə heyətinin sentyabr ayında Macarıstana planlaşdırılan səfəri də ləğv edilib.

 





16.07.2024    çap et  çap et