Bəyanatda fikirləri yer alan və pul mükafatını paylayan FORES şirkətinin sədr müavini İlya Potanin, “Bu gün məhv edilən 17 “Abrams” və “Leopard” tanklarının hər birinə 500 min rubl pul mükafatını verdik” – deyib.
Döyüş təyyarələri üçün də oxşar mükafatlar təqdim etməyə qərar verdiklərini ifadə edən Potanin, “F-15” və “F-16” döyüş təyyarələrinin məhv edilməsi üçün də təşviqlər veriləcək. İlk məhv edilənlərin mükafatı 15 milyon rubl olacaq”, – o deyib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin iyulun 10-da verdiyi açıqlamada, ABŞ, Hollandiya və Danimarkanın da olduğu koalisiyanın Ukraynanın “F-16” döyüş təyyarələri ilə təmin etmək üçün çalışdığını bildirib: ““F-16”ların təhvil verilməsi davam edir. Bu yay Ukraynada “F-16”lar uçacaq”.