İtaliyada son həftələrdə yüksək temperaturdan 4 nəfərin öldüyü bildirilib. “Rainews24” kanalının xəbərində, Afrikadan qaynaqlanan və keçən həftədən etibarən təsirli olan həddindən artıq istilərin insan tələfatına səbəb olduğu bildirilib.Ölkənin cənub-şərqindəki Puglia bölgəsində 3, paytaxt Romada isə 1 nəfərin öldüyü qeyd edilib. Ölənlərin 68-82 arasında kişilər olduğu bildirilib.
Həddindən artıq istilər səbəbindən xüsusilə cənub şəhərlərində temperaturun 40 dərəcədən yuxarı olduğu vurğulanıb.
Bu arada Səhiyyə Nazirliyi paytaxt Roma, Florensiya, Ankona, Bolonya, Campobasso, Frozinone, Latina, Palermo, Peruqia, Pescara, Rieti, Trieste və Viterbo da daxil olmaqla 13 şəhərin risk səviyyəsini çərşənbə günü üçün “qırmızı” olaraq yeniləyib. Həmin şəhərlərdə yaşayanlara istidən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
çap et