Tayland mətbuatında ilk olaraq 6 nəfərin ölümünə səbəb silahlı hücum olduğu bildirilsə də, sonradan bu şəxslərin sianidlə zəhərləndiyi öyrənilib. Tayland polisi hesab edir ki, ölümlər qisas aktı və ya bir kultla əlaqəli ola bilər.
Daha sonra polis bildirib ki, hoteldə nə dava, nə də quldurluq əlaməti yoxdur.
Hadisə yerinə gələn Tailandın baş naziri Sretta Tavisin 6 vyetnamlının ölümü ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Tailand hökumətindən verilən açıqlamada “Baş nazir bütün qurumlara turizmin təsirinə məruz qalmaması üçün təcili tədbirlər görməyə göstəriş verdi”, – bildirilir.
Yüzlərlə otağı olan və lüks alış-veriş və restoranlarla tanınan məşhur turizm bölgəsində yerləşən “Grand Hyatt” hotelinin administrasiyasından məsələ ilə bağlı açıqlama verilməyib.
Ötən il iki əcnəbinin öldüyü ticarət mərkəzində baş verən atışma nəticəsində ölkənin turizm sənayesi sarsılmışdı. Bu il 35 milyon xarici ziyarətçi gözlədiyi Tayland hökuməti turizm üçün müxtəlif təşviqlər həyata keçirib.