ABŞ-ın Viskonsin ştatının Milouki şəhərində keçirilən Respublikaçılar Partiyası Milli Konqresi yaxınlığında polisin bıçaqlı şəxsi zəzrsizləşdirilib.ABŞ mətbuatında yer alan xəbərlərə görə, konqresdə təhlükəsizliyi artırmaq üçün Ohayodan gələn polis məmuru konqres yaxınlığında şübhəli bir şəxsi görüb.
Hadisə şahidləri bildiriblər ki, şübhəlinin əlində iki bıçaq olub və bıçaqları polisə tərəf yelləyirmiş. Ohayo polisi sözügedən şübhəlini güllələyib.
Trampın cümə axşamı konqresdə çıxış edəcəyi gözlənilir.
çap et