Vaxt.Az

“Müharibə elan etməyə bərabərdir”


 

“NATO-nun ağıllı addımı planetin məhvinin qarşısını ala bilər”

“Müharibə elan etməyə bərabərdir” Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) iştirakı Moskvaya qarşı müharibə elanı demək olacaq və yalnız alyansın müdrikliyi planetin məhv edilməsinin qarşısını ala bilər.

Keçən həftə keçirilən sammitdə NATO liderləri Ukraynanı “Avro-Atlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük yolunda” dəstəkləyəcəklərini vəd etdilər, lakin onun nə vaxt üzv ola biləcəyinə qapını açıq saxladılar.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Kreml avtoritetlərinin aparıcı simalarından olan Medvedev “Arqumenti i faktı” qəzetinə açıqlamasında Ukraynanın NATO-ya üzvlüyünün Moskvanın təhlükəsizliyinə birbaşa təhdiddən kənara çıxacağını deyib.

Medvedev bu gün (çərşənbə) qəzetdə dərc olunan bəyanatlarında “bu (Ukraynanın NATO-ya daxil olması) mahiyyət etibarı ilə müharibə elanı olacaq”, – deyib.

"Rusiyanın düşmənlərinin illərdir bizə qarşı hərəkətləri və alyansın genişlənməsi NATO-nu geri dönüşü olmayan bir nöqtəyə aparır".

Medvedev Rusiyanın NATO-nu təhdid etmədiyini, əksinə alyansın genişlənmə təşəbbüslərinə cavab verəcəyini qeyd edərək, "bu cür təşəbbüslər nə qədər çox olarsa, cavablarımız da bir o qədər sərt olacaq”, – deyib.

Medvedev 2008-ci ildən 2012-ci ilə kimi prezidentliyi dövründə qərbyönlü kimi görünürdü, lakin o, özünü yenidən Kreml avtoriteti kimi göstərdi. O, ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib ki, Kiyevin silahlanması “nüvə fəlakətinə” səbəb ola bilər.

 





17.07.2024    çap et  çap et