Xüsusilə son illərdə ABŞ prezident seçkilərində Rusiya və prezident Vladimir Putinin mühüm element halına gəldiyinə diqqət çəkən Peskov, “seçki müzakirələrində Putin və Rusiya mövzusu hər zaman gündəmdədir”, – deyib.
Trampın prezidentliyi dövründə Rusiya ilə yaxşı münasibətlər qurduqlarına dair açıqlamalarına münasibət bildirən Peskov, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq var idi. Bu, yəqin ki, müsbət element sayıla bilər, – deyib.
Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı proseslə bağlı sülh təkliflərinə Qərb ölkələrindən cavab almadıqlarını ifadə edən Peskov, “Avropalılar Orbanın bu mövzuda bütün səlahiyyətlərini tamamilə inkar etmək və Ukraynaya hərbi sahədə kömək etmək əzmində olduqlarını təsdiqləyirlər. Bu, yəqin ki, onların cavabıdır”, – deyib.