Böyük Britaniyada yerləşən London Universitet Kolleci (UCL) təhsil müəssisəsi və “Ecpat UK” qeyri-hökumət təşkilatı bu gün hökumətin himayəsində olan müşaiyətsiz qaçqın uşaqlarla bağlı “Bağlı qapılar arxasında” adlı araşdırmalarını dərc edib. İstintaq 2021-ci ildən 2024-cü ilin yanvarına qədər Böyük Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən saxlanılan “yüzlərlə” müşayiətsiz uşağın itkin düşdüyünü, nazirliyin bunu inkar etdiyini və bu uşaqların insan alveri və istismar riski altında olduğunu müəyyən edib.
***
“Ecpat UK” QHT-sinin və DİN-nin açdıqları iddiadan sonra Ali Məhkəmə nazirliyə məxsus qaçqın hotelləri qanunsuz sayıb və yanvar ayında bağlanılıb: “Hotellər açıq olduğu müddətdə 440 uşaq yoxa çıxıb, onlardan 144-ü keçən ilin noyabr ayına qədər tapılmayıb. Bu ilin martında verilən son məlumatda arasında 12 azyaşlı olan 118 uşaq hələ də itkindir”.
Hesabatı hazırlayan tədqiqatçılar bildiriblər ki, söhbət etdiklər peşəkarlar “Böyük Britaniyaya gəlmiş azyaşlıların yeri asanlıqla müəyyən edilə bilən bir hotelə salınması, onları tapmaq və istifadə etmək istəyən potensial insan alverçiləri üçün asan hədəfdir”.
***
Hesabatda həmçinin deyilir: “Daxili İşlər Nazirliyinin mehmanxana işçisi hotellərdən üç insan alveri faktı eşitdiyini təsdiqləyib. “İnsan alverçiləri gənclərlə “Facebook”da saxta hesab vasitəsilə ünsiyyət qururlar”.