Vaxt.Az

... 14 məktəbli xəstəxanaya aparılıb


 

“Super acılı” kartof çipsi yedikdən sonra ...

... 14 məktəbli xəstəxanaya aparılıb Yaponiyanın paytaxtı Tokioda orta məktəbdə oxuyan 14 şagird “super ədviyyatlı” kartof çipsləri yedikdən sonra xəstəxanaya yerləşdirilib. “Kyodo” agentliyinin məlumatına görə, paytaxtın Ota rayonundakı Rokuqo Koka Liseyində 13 qız və bir oğlan ürəkbulanma və qarın ağrısından şikayətlənib. Araşdırmada şagirdlərin məktəbə “18+ köri çipsi” etiketli və “super acılı” kimi tanınan kartof çipsləri gətirdikləri müəyyən edilib.

Ürək bulanması və qarın ağrısından əziyyət çəkən tələbələr xəstəxanaya aparılıb.

Çiplərin istehsalçısı “Isoyama Corp”dur. Şirkət sosial mediadakı reaksiyalardan sonra ictimaiyyətdən üzr istəyib. İstehsalçının açıqlamasında, “Özünü yaxşı hiss etmədiyini bildirənlərin ən qısa zamanda sağalacağını ümid edirik”, – deyib.

Şirkətin internet saytında 18 yaşdan kiçiklərə həddindən artıq ədviyyatlı olduğu bilinən “18+ köri çipsləri” yeməmələri ilə bağlı xəbərdarlıqlar var.

 





17.07.2024    çap et  çap et