Kennedi söhbət sızandan sonra verdiyi açıqlamada, “Tramp zəng edəndə çəkilişdəydim. Operatordan çəkilişi dərhal dayandırmağı xahiş etməliydim. Bunun paylaşıldığı üçün utanıram. Trampdan üzr istədim”, – deyib.
Sızdırılan telefon danışığında Kruksun “AR-15” avtomatına toxunan Tramp rəqibindən “bu olduqca böyük silahdır, elə deyilmi?” deyə soruşub. Sonra o, uğursuz sui-qəsd zamanı qulağına dəyən gülləni ağcaqanadla müqayisə edir: “Özümü div kimi hiss edirdim. Güllə isə sanki dünyanın ən böyük ağcaqanadı idi”.
Tramp həmçinin peyvənd əleyhdarı kimi ilə tanınan kiçik Kennediyə körpələrə böyük peyvənd kokteylləri verildiyini və bunun köklü dəyişikliklərə səbəb olduğunu söyləyərək, “mən səninlə razıyam, dostum. Bütün bu sistemdə nəsə bir səhv var”, – deyir.
Kennedinin təsdiqinə göz qırpan Tramp, “düşünürəm ki, bu, sizin üçün əla olar. Biz qalib gələcəyik, adamdan xeyli irəlidəyik”, – deyib.
Kennedinin prezidentlik yarışında səs payı doqquz faiz civarındadır və hər hansı namizədi dəstəkləməklə seçkiyə əhəmiyyətli təsir göstərə bilər.