Vaxt.Az

“Çini daha çox nə çəkindirəcək?”


 

“Tayvan müdafiə istəyirsə, ABŞ-a pul ödəməlidir”

“Çini daha çox nə çəkindirəcək?” ABŞ-ın keçmiş prezidenti Donald Tramp Tayvanın Çindən müdafiəsi üçün ABŞ-a pul ödəməsini təklif edib. Amerika mediası “Bloomberg”ə verdiyi müsahibədə Tramp, Tayvan məsələsində ABŞ-ın ölkəni Çindən qorumaq üçün “sığorta şirkəti kimi işlədiyini”, lakin Taypey administrasiyasının “müqabilində heç bir şey vermədiyini” deyib.

Vaşinqton administrasiyası indiyədək Pekinin mümkün hücumlarına qarşı Tayvana milyardlarla dollarlıq müdafiə dəstəyi verib. Bununla belə, Trampın açıqlamaları noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Taypey administrasiyasına dəstəyi kəsmək ehtimalını da gündəmə gətirib.

“Əgər mən Tayvanın yerində olsaydım, özümü çox təhlükəsiz hiss etməzdim”, – deyən Tramp, ölkənin ABŞ-da demək olar ki, bütün yarımkeçirici çip sənayesini ələ keçirdiyinə dair tənqidini təkrarlayıb.

Dünyanın ən qabaqcıl yarımkeçirici çiplərinin ən azı 90 faizi Tayvanda istehsal olunur. “Taiwan Semiconductor Manufacturing”, “Apple” və “Nvidia” kimi nəhənglərin əsas təchizatçısıdır. Şirkət ABŞ-ın Arizona ştatında üç obyektə təxminən 65 milyard dollar sərmayə qoymuşdu.

Trampın açıqlamalarına cavab olaraq Tayvanın baş naziri Ço Cunq-Tai “ABŞ-a dəstəyinə görə minnətdar olduqlarını və ikitərəfli münasibətlərin qorunması üçün çox çalışdıqlarını”, – bildirib.

“Tayvan və ABŞ Tayvan boğazının Hind-Sakit okean bölgəsində ortaq məsuliyyəti bölüşür. Biz özümüzü müdafiə etmək və təhlükəsizliyimizi qorumaq üçün daha çox şey etməyə hazırıq”, – Ço deyib.

Digər tərəfdən, Trampın vitse-prezidentliyə namizədi Ceyms Vens dünən verdiyi açıqlamada, "ABŞ üçün ən böyük təhlükəsizlik təhdidinin Çindən gəldiyini”, – iddia edib: “Özünüzə bu sualı verin. Çini daha çox nə çəkindirəcək? Avropada sərt davranmağımızmı, yoxsa Çinin Tayvanı işğal etməsinin qarşısını alacaq silahlarımızın olmağımı?”

 





17.07.2024    çap et  çap et