ABŞ Kosmik Agentliyi bazar ertəsi elan etdi ki, onlar “Elliottun The Rain” (Supa Dupa Fly) mahnısını iyulun 12-də Veneraya göndəriblər.
Ən azı 60 ildir kosmik gəmilərlə əlaqə saxlamaq üçün istifadə edilən Dərin Kosmos Şəbəkəsindən istifadə edərkən mahnının planetə çatması təxminən 14 dəqiqə çəkib.
NASA daha əvvəl də müxtəlif yollarla kosmosa musiqi göndərmişdi. Məsələn, 1977-ci ildə kosmosa buraxılan Voyacer kosmik gəmisindəki qızıl qeydlərdə təbiətdən və insan söhbətlərindən, mahnılardan ibarət yazılar var idi.
“Deep Space Network” vasitəsilə göndərilən yeganə mahnı “The Beatles”in “Across the Universe” mahnısı idi. Kosmik agentlik mahnını 2008-ci ildə Qütb Ulduzuna ötürmüşdü.
Mahnının niyə yenidən kosmosa göndərildiyi açıqlanmayıb, lakin NASA-nın kommunikasiya ofisindən Brittani Braun sənətçi seçimi ilə bağlı bunları deyib: “Missinin kliplərində kosmosa yönəlmiş hekayələr və futuristik vizuallardan istifadə tarixi var. Beləliklə, bu dünyadan kənar bir şey üzərində əməkdaşlıq etmək fürsəti çox vaxtındadır”.
“Rock & Roll” Şöhrət Zalına qəbul edilən ilk qadın reper olan “Elliott”, X (Twitter) sosial media səhifəsindəki paylaşımında “mənim “The Rain” mahnım rəsmi olaraq Veneraya – gücü, gözəlliyi və güclənməyi tərənnüm edən planetə çatdırıldı”, – deyib.
“Səma həddi deyil, sadəcə başlanğıcdır”.