Vaxt.Az

Demokratlardan basqısı artır


 

ABŞ prezidenti Bayden: “Həkimlər xəstə olduğumu desələr, çəkilərdim”

Demokratlardan basqısı artır Yaşı və davranışı ilə çox müzakirələrə səbəb olan ABŞ prezidenti Co Bayden namizədliyi ilə bağlı mühüm açıqlamalar verib. Həkimlər xəbərdarlıq edərsə, namizədliyini geri götürə biləcəyini deyən Bayden ABŞ-ın “çox bölündüyünü” və bu səbəbdən bir müddət daha prezident olmaq istədiyini söylədi.

Rəqibi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə son zamanlar etdiyi boşboğazlıqlar və zəif canlı yayım performansından sonra psixi və fiziki sağlamlığı şübhə altına alınan ABŞ prezidenti Co Bayden səhhəti ilə bağlı sağlamlıq problemi olduğu təqdirdə seçki yarışından geri çəkilə biləcəyinə diqqət çəkib.

Baydenin “Black Entertainment Television News”a verdiyi müsahibənin bir hissəsi dərc olunub.

Ölkənin ona ehtiyacı olduğuna işarə edən 81 yaşlı prezident, “Yaş ancaq müdriklik gətirir” deyib. Bayden, ölkəsi üçün “yaxşı işlər” gördüyünü və “edilməsi lazım olan daha çox şeyin olduğunu” iddia edərək, namizədliyini davam etdirmək niyyətində olduğunu söyləyib.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyindən geri çəkilməsinə nə səbəb ola biləcəyi ilə bağlı suala Bayden, “Əgər sağlamlıq vəziyyəti yaranarsa, həkimlər gəlib bu problemin olduğunu desələr, bu baş verə bilər” cavabını verib.

Digər tərəfdən, Demokratlar tərəfindən Baydenin geri çəkilməsinə dair təzyiqlər artmaqda davam edir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Adam Skiff bu gün Baydeni “çəkil çağırışı” edənlərə qoşulub.

Skiff, “Kampaniyadan geri çəkilmək prezident Baydenin verəcəyi bir qərardır, lakin məncə, estafeti ötürməyin vaxtıdır”, – deyib.

Baydeni “istefaya getməyə” çağıran demokratların sayı 20-ni keçib.

Bildirilib ki, Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd C.D.Vens və Baydenin vitse-prezidentliyə namizədi Kamala Harris avqustun 12-də canlı efirdə debata çıxmaq razılaşıblar.

Demokratların Milli Konqresinin avqustun 19-da keçiriləcəyi gözlənilir.

 





18.07.2024    çap et  çap et