Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh təklifi”nin birtərəfli və qəbuledilməz olduğunu vurğulayan Lavrov, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda sülhün əldə olunmaq üzrə olduğunu xatırladıb və “İngiltərənin o zamankı baş naziri Boris Conson Ukraynaya müqavilə imzalamamağı tapşırmışdı və ona görə də masanı tərk etdilər”, – deyib.
Lavrov: “Ukraynaya silah yardımını dayandırsanız, müharibə bitəcək”, – deyib.
***
NATO-nun ədalətsiz və aqressiv siyasət yürütdüyünü qeyd edən Lavrov Avrasiya təhlükəsizlik modelini müdafiə etdiklərini bildirib.
Lavrov bu modelin bərabərliyə əsaslanacağını və hər kəsin maraqlarını qoruyacağını bəyan edib.
***
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukraynaya dəstəyin kəsilməsini müdafiə edən yeni vitse-prezidentliyə namizəd Ceyms Vens seçilsələr, münasibətlər necə olacaq sualına Lavrov, “Amerika xalqının seçdiyi istənilən liderlə işləməyə hazırıq”, deyib.
Lavrov Trampın prezidentliyi dövründə Rusiyaya qarşı intensiv iqtisadi və diplomatik sanksiyaların tətbiq edildiyini, lakin buna baxmayaraq, “ən yüksək səviyyədə dialoq kanallarının açıq olduğunu” bildirib.
ABŞ-ın hazırkı administrasiyası ilə heç bir dialoqun olmadığını deyən Lavrov münasibətlərin hörmətli və bərabər əsasda olmasının lazım olduğunu vurğulayıb.