Vaxt.Az

Mask Kaliforniyanı tərk edir


 

“Qubernatorun imzaladığı gender qanunu uşaqlar üçün təhlükəlidir”

Mask Kaliforniyanı tərk edir “Tesla” və “SpaceX” kimi şirkətlərin sahibi Elon Mask Kaliforniya qubernatoru Qeyvin Nyusomun müəllimlərin uşağın icazəsi olmadan gender məlumatlarını valideynlərlə paylaşmasını qadağan edən qanunu uşaqlar üçün təhlükəli olduğunu bildirib.

ABŞ-dan müstəqil jurnalist və yazar Mixail Şellenbergerin “X” sosial şəbəkəsindən mövzu ilə bağlı apardığı təhlili dəstəkləyən Mask, “Bu qanunun uşaqlar üçün nə qədər təhlükəli olduğuna dair mükəmməl təhlilinizə görə təşəkkür edirəm”, – şərhini yazıb.

Şellenberger öz təhlilində Kaliforniya qubernatorunun “qanunun uşaq-valideyn münasibətlərini qoruduğunu və hökumətin ailə məsələlərinə yersiz müdaxilə etməsinə mane olduğunu” iddia etdiyini ifadə edərək, “Bu dezinformasiyadır”, – deyib.

Qanunun məktəblərin uşaqların əks cins olduqlarına və yanlış bədəndə doğulduğuna inanmağa başladıqları zaman valideynlərinə bu vəziyyəti izah etmələrinin qarşısını alacağını qeyd edən Şellenberger, “bu təhlükəli bir vəziyyətdir, çünki sonrakı addımda həkimlər bu uşaqlara cinsi yetkinlik dərmanları, əks cinsi hormonlar verəcək və son müalicə olan əməliyyat təklif edəcəklər”, – qiymətləndirməsini edib.

Mask, qubernatorun qərarının “son damla” olduğunu söyləyib və “SpaceX” və “X” sosial şəbəkəsinin qərargahlarını Kaliforniyadan Texasa köçürməyə qərar verib.

 





18.07.2024    çap et  çap et