Vaxt.Az

“Heç kim bizi durdura bilməyəcək”


 

Kremldən Ağ Evə qarşı nüvə raketi addımı

“Heç kim bizi durdura bilməyəcək” Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına görə bəzi bölgələrdə nüvə başlıqlı raketlərin yerləşdirilməsi ehtimalını istisna etmədiklərini bildirib.

Ryabkov Moskvada jurnalistlərə ABŞ-ın 2026-cı ildən Almaniyaya “Tomaqavk” (Tomahawk) uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarını dəyərləndirib. Pentaqonun nüvə raket tutumunu artırmaq üçün atacağı addımlara cavab verəcəklərini ifadə edən Ryabkov, “Müxtəlif vəziyyətlərə, o cümlədən mənfi ssenarilərə hazır olmalıyıq”, – dedi.

ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına cavab olaraq Rusiyanın bəzi bölgələrdə nüvə başlıqlı raketlər yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı sualı cavablandıran Ryabkov, “heç bir variantı istisna etmirəm”, – deyib.

Rusiyanın NATO ölkələrinin ortaq imkanlarını nəzərə alaraq, “nə, harada və nə vaxt” yerləşdiriləcəyinə qərar verəcəyinə işarə edən Ryabkov, “bu, heç kimə təhdid deyil. O cümlədən ən təsirli variantı tapmaq vacibdir. dəyişən çağırışlara cavab vermək üçün maliyyə şərtləri də daxil olmaqla ən optimal yolu tapacağıq”, – deyib.

Qərb ölkələrinin müxtəlif bəhanələrlə gərginliyi artırdığını vurğulayan Ryabkov, “bu, acınacaqlı bir vəziyyətdir, lakin bu, bizim hava hücumundan müdafiə zonamız da daxil olmaqla, Rusiya sərhədlərinin bütün perimetri boyunca təhlükəsizliyini təmin etmə vəzifələrində heç kim bizi durdura bilməyəcək”, – deyib.

ABŞ və Almaniyanın iyulun 10-da verdiyi birgə bəyanata görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” qanadlı raketləri və digər uzaqmənzilli silahlar yerləşdiriləcək. ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.

 





18.07.2024    çap et  çap et