Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya nümayəndələrinin noyabrda hazırlığının başa çatdırılması planlaşdırılan “2-ci Ukrayna Sülh Konfransı”na qatılmalı olduğu ilə bağlı açıqlamasına reaksiya verən Zaharova, “Nə edəcəyinə qətiliklə Zelenski qərar verməyəcək. Üstəlik, Rusiyaya nəyisə diktə etmək barədə heç düşünməməlidir”, – dedi.
ABŞ-la Ermənistanda keçirilən “Qartal tərəfdaş 2024” təlimi ilə bağlı açıqlama verən Zaxarova bu təlimin bölgədə ikinci dəfə keçirildiyini xatırladıb. Zaxarova vurğulayıb ki, “xüsusən də İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurduğunu və təşkilatı açıq tənqid etdiyini nəzərə alarsaq, bu təlim son dərəcə narazılıq və narahatlıq doğurur”.
Qərbin regionda əsas məqsədinin öz geosiyasi layihələrini həyata keçirmək üçün tramplin yaratmaq olduğunu bildirən Zaxarova, “bunun üçün hazırda regionda genişlənən bütün sülhsevər tendensiyaları aradan qaldırmaları, region ölkələri bir-biri ilə vuruşdurmaları, həm Bakını, həm də İrəvanın bəyan etdikləri xoş niyyətlərini əngəlləməlidirlər. İndi hər an pozula biləcək tarazlığı dağıtmaq üçün ABŞ və NATO ora yaxınlaşır”, – deyib.
ABŞ-ın Ermənistandakı təlimlərdə iştirakı ilə bağlı bölgədəki vəziyyətlə bağlı xəbərdarlıq edən Zaxarova, “Amerikalıların Cənubi Qafqazda peyda olması, dünyanın müxtəlif yerlərində dəfələrlə müşahidə etdiyimiz kimi, bu, regionda münaqişə potensialı alovlandıracaq, parçalanma yaradacaq. Onlar həm də yeni münaqişə ocaqları yaradacaqlar”, – deyib.
Zaxarova qərblilərin Ermənistanı çılğıncasına Cənubi Qafqazda müxtəlif əməkdaşlıq formalarına sürüklədiyini diqqətə çatdırıb və deyib:
“Onlar nəinki Cənubi Qafqazda, həm də onun ətrafında Rusiyaya, İrana və hətta Türkiyəyə qarşı öz himayəsi altında təlim və təlim proqramlarına daxil etməklə Ermənistana NATO silahlı qüvvələri standartlarını tətbiq edirlər. Ölkənin təhlükəsizlik sistemini pozan qərblilər nəticədə Ermənistanın daxili və xarici siyasətində əlavə təsir rıçaqları əldə edirlər”.
Mətbuat katibi Zaxarova əlavə edib ki, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə, o cümlədən Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə sadiq olub və elə də qalacaq.