Vaxt.Az

Kremlin Qara dəniz əndişəsi


 

“NATO-nun gəmilərinin cəmləməsinə imkan verən strategiya bizim üçün təhlükədir”

Kremlin Qara dəniz əndişəsi Kremlin sözçüsü Dmitri Peskov Peskov jurnalistlərə Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin dəniz təhlükəsizliyi strategiyası ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını həyata keçirən fərmanı ilə bağlı açıqlamalar verib.

NATO qüvvələrinin Qara dənizdə daimi mövcudluğunun təmin edilməsinin əsas hədəflər arasında olduğu strategiyası ilə bağlı Peskov, “alyansın sahilyanı dövlətləri Bolqarıstan və Rumıniyanı nəzərə alsaq, NATO gəmilərinin Qara dənizdə sıx mövcudluğu NATO dövlətlərinin Ukrayna ətrafındakı münaqişələrdə birbaşa iştirakını təsəvvür etdikdə Rusiya üçün əlavə təhdid meydana gətirir. Biz təhlükəsizliyimiz üçün bütün lazımı tədbirləri görəcəyik”, – deyib.

Sahilyanı olmayan dövlətlərin Qara dənizdə qalması ilə bağlı qaydaların Montrö Konvensiyasında ciddi şəkildə tənzimləndiyini xatırladan Peskov, “bu halda Türkiyə idarəçidir və üzərinə düşən vəzifələri kifayət qədər dəqiq yerinə yetirir”, – deyib.

Növbəti beş ildə Avropa Birliyi (AB) Komissiyasının başqanlığında olacaq Ursula fon der Leyenin AB-ni müdafiə birliyinə çevirmək vədini şərh edən Peskov, “Bu, Avropa dövlətlərinin xarici siyasətlərində militarizasiya, gərginliyin artması, konflikt və qarşıdurma yaratmaq üsullarına əl atacağı ilə bağlı ehtimalları bir daha təsdiq edir”, – dedi.

Peskov əlavə edib ki, sözügedən fəaliyyət AB-nin NATO çərçivəsində qarşılıqlı işbirliyi ilə kəsişir.

 





18.07.2024    çap et  çap et