Vaxt.Az

Ayda rəqabət güclənib


 

“Kosmos yarışını uduza bilərik”

Ayda rəqabət güclənib Çin son illərdə kosmosda hücuma keçib. Aya pilotsuz maşın göndərən və Beynəlxalq Kosmik Stansiyadan ayrı öz stansiyasını quran Çin ABŞ-ın ən böyük rəqibinə çevrilib. ABŞ Kosmik Agentliyi NASA və ABŞ ordusunun bölmələri bu vəziyyəti gizlətmir. ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) rəhbəri general-leytenant Cefri Kruz bəyan edib ki, Çin kosmosda ABŞ üçün təhlükəyə çevrilib və tezliklə kosmosda ABŞ-ın yerini tuta bilər. Ötən il NASA-nın direktoru Bill Nelson da Çinin Aya eniş edə biləcəyini açıqlamışdı.

Aspen Təhlükəsizlik Forumunda kosmos və milli təhlükəsizliklə bağlı paneldə çıxış edən Kruz Çinin kosmosda ABŞ-ı əvəz etməyə çalışdığını və Pentqaonun kosmos yarışında məğlub ola biləcəkyini bildirib.

SCMP-nin məlumatına görə, general-leytenant Kruz, “siz milli təhlükəsizlikdən danışdığınız zaman Çin kosmosda qlobal lider kimi ABŞ-ı əvəz etməyi və ABŞ-ın zərərinə kosmosdan istifadə etməyi hədəfləyir”, – deyib. DİA direktoru kosmosda ABŞ-a qarşı çıxa biləcək yeganə ölkə olduğunu vurğulayaraq, ABŞ-ın Çinə qarşı kosmosu müdafiə etmək barədə düşünməyə başlamalı olduğunu bildirib.

 





18.07.2024    çap et  çap et