Böyük Britaniyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməyəcəyinə inandığını bölüşən Zelenski, münasibətlərdə yeni səhifəyə deyil, səhifəni dəyişdirmək gücünə ehtiyaclarının olduğunu bildirib.
Ukraynaya söz verdiyi “F-16” təyyarələrinin hələ də təhvil verilmədiyinə diqqət çəkən Zelenski, “18 ay keçdi, amma təyyarələr hələ gəlmədi”, – deyib.
Digər ölkələrə hərbi texnika və maliyyə dəstəyinə görə təşəkkür edən Zelenski qeyd edib ki, döyüş təyyarələri Rusiyanı çəkindirmək üçün vacibdir. O, həmçinin bildirib ki, Rusiya iyunda İsveçrədə keçirilən Ukrayna Sülh Sammitində iştirak etməyib, noyabrda keçiriləcək sammitdə isə iştirak etməlidir.
Buna nail olmaq üçün bütün dünyanın Rusiyaya təzyiq göstərməsi lazım olduğunu vurğulayan Zelenski, “bu, bütün torpaqların güc yolu ilə qazanılması demək deyil. Diplomatiyanın gücü də kömək edə bilər”, – deyib.
Ukraynada prezident seçkiləri ilidir, lakin konstitusiya müharibə zamanı seçkilərə icazə vermədiyi ilə bağlı sualı cavablandıran Zelenski əlavə edib ki, o, postundan çəkilmək üçün bir tarix nəzərdə tuturdu, lakin bu, müharibə bitənədək baş verməyəcək.