Vaxt.Az

...“Sky News”un yayımı dayandı


 

İnternet kəsildi, ...

...“Sky News”un yayımı dayandı Dünyanın hər yerində “Microsoft”a kibertəhlükəsizlik proqramı təmin edən “CrowdStrike” sistemlərində yaranan problemə görə, hava yollarından tutmuş xəstəxanalara, banklara və yayım şirkətlərinə qədər bir çox sektorda texniki nasazlıqlar baş verir.

Microsoft nasazlığı aradan qaldırmaq üçün səylərin davam etdiyini bildirsə də, Böyük Britaniyanın əsas televiziya kanallarından biri olan “Sky News”da yayımlar da kəsilmə səbəbindən dayandırılıb.

Bu səhər telekanalda canlı yayım olmayıb. Bu barədə İdarə Heyətinin sədri Devid Rouds (Devid Rhodes) sosial media saytında verdiyi açıqlama verib.

“Sky News Sports”un aparıcısı Jaki Beltrao (Jacquie Beltrao) sosial media hesabında “yayında deyilik, çalışırıq” paylaşımını edib.

“Sky News Sports Service”dən Matt Kabir Floyd da kəsilmə zamanı öz paylaşımında “”Sky Sports News” da “Microsoft”un bu qlobal problemindən təsirləndi... Həqiqətən heç bir şey işləmir... Nə vaxt efirə çıxacağımızdan və ya efirin olub-olmayacağından əmin deyiləm. Tanrıya şükür saat 3.30-da oyandım”, – yazıb.

“Sky News” bir neçə saatlıq fasilədən sonra canlı yayımını bərpa edib.

 





19.07.2024    çap et  çap et