Liderlər ABŞ-da qarşıdan gələn prezident seçkiləri üçün kampaniyalarını davam etdirərkən, prezident Co Baydenin sağlamlıq problemləri ilə bağlı iddialar da yarışa böyük təsir göstərir. Baydenin yarışdan geri çəkilməsi üçün həm öz partiyası, həm də ictimaiyyət tərəfindən təzyiqlərin artdığı bir vaxtda Demokratların Kampaniya Meneceri Cen O'Melli Dillon açıqlama verdi. Baydenin yarışda qalacağını bildirən Dillon ABŞ prezidentinin Donald Trampı məğlub etməkdə həmişəkindən daha qətiyyətli olduğunu bildirib. “Biz bu kampaniyada irəliyə doğru yolu görürük. O, Donald Trampla qarşılaşmaq üçün ən yaxşı rəqibdir”.
***
Baydenin Trampla canlı müzakirəsindən sonra geri çağırışların artması səbəbindən “bir neçə həftənin çətin keçdiyini” qeyd edən Dillon, “Kampaniya üçün çətin bir neçə həftə olmadığını söyləmək üçün burada deyiləm. Şübhəsiz ki, biz mütləq dəstəkdə bir dəyişiklik gördük, amma bu kiçik bir hərəkət idi”, – deyib.
Baydeni dəstəkləyən insanların Trampın tərəfinə keçmədiyini vurğulayan Dillon, “Onların etdikləri bizdən “Prezident bunu edə bilərmi?” sualıdır. “Prezident isə onlara “bəli, mən bunu edə bilərəm” cavabını verir”, – deyə o bildirib.
Baydenin geri çəkilə biləcəyi xəbəri ilə bağlı suala isə Dillon, “Prezidentdən dəfələrlə eşitmisiniz, o, qalib gəlmək üçün bu yarışdadır. O, bizim namizədimizdir və ikinci müddət üçün prezidentimiz olacaq”, – deyi.