Məlumatlarda qeyd olunur ki, müəllimələrin qırmızı rəngli paltarlar geyib məktəbə gəlməsi qadağan edilib. 1 nömrəli internat məktəbinin və «Təfəkkür» liseyinin müəllimələrinə isə parlaq dodaq boyası çəkmək və dikdaban ayaqqabı geyinmək, zinət əşyaları taxmaq yasaqlanıb.
Xəbərdə o da deyilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti növbəti tədris ilindən müəllimlərin vahid formaya keçməsinə göstəriş verib.
Virtualaz.org saytı bu xəbərlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən xəbəri nə təsdiq, nə də təkzib etdilər: «Bilmirəm xüsusi tapşırıq verilib, ya yox. Sizin uşağa dodaqları qırmızı boyalı, mini yubkalı müəllimənin dərs deməsinə razı olardınız? Müəllimə nümunəvi geyinməlidir də. Bəziləri lap qızıl mağazasına oxşayır».