Ağ Evdən verilən açıqlamaya görə, Bayden “Evan Qerşkoviçin azad edilməsi üçün sıx səylər göstəririk və bunu davam etdirəcəyik”, – deyib.
Bayden, “Evan Qerşkoviçin heç bir cinayət törətmədiyi halda 16 il həbs cəzasına məhkum edilib. O, jurnalist və amerikalı olduğu üçün Rusiya hökumətinin hədəfinə çevrilib, – deyib.
Evan Qerşkoviç və Rusiyada da saxlanılan keçmiş dəniz əsgəri Pol Uilian (Paul Whelan) kimi “haqsız yerə həbs edilən” amerikalıların ölkələrinə qaytarılmasını təmin etməyin prioritetləri olduğunu ifadə edən Bayden, “Evan sınaqlara qeyri-adi bir güclə dözdü. Cill (Baydenin həyat yoldaşı) və mən, “Evan və ailəsi üçün dua edirik”, – bildirib.
“WSJ” qəzetinin Moskva ofisinin müxbiri Evan Qerşkoviç 2023-cü il martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək saxlanılıb.
Bu gün Rusiyanın Sverdlovsk vilayət məhkəməsi ABŞ vətəndaşı Qerşkoviçi “casusluqda təqsirli” hesab edərək 16 il müddətinə azadlıqdan məhrum edib.
Digər tərəfdən, ABŞ hərbi təqaüdçüsü Pol Uilan (52) dostunun toy mərasiminə getdiyi Rusiyada 2018-ci ildən bəri eyni əsaslarla saxlanılıb.