Vaxt.Az
Respublikaçıların birliyi Trampın yolun açır
“Covid 19” isə Baydeni daha da təcrid edir
Respublikaçıların Milouki şəhərində keçirilən partiya qurultayında respublikaçıların birliyi açıq-aşkar keçmiş ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasına zəmin yaradır. Prezident Co Baydenin Demokratik partiyası iyunun 27-dəki debatdakı fəlakətli çıxışından sonra daha da pisləşən ciddi fikir ayrılıqlarından əziyyət çəksə də, Trampın partiyasından olan keçmiş rəqibləri onun ətrafında toplaşaraq, ona sədaqətlərini və yeni Amerika dövrü arzularını bir daha təsdiqləyiblər.Cəbhənin qarşı tərəfi – Bayden düşərgəsində isə vəzifə
gün-gündən mürəkkəbləşir. ABŞ prezidentinin istefasını tələb edənlərə keçmiş
prezident Barak Obama da qoşulub. “Washington Post” verdiyi məlumata görə, məlumatlı
mənbələr Obamanın müttəfiqlərinə Baydenin seçkilərdə qalib gəlmək şansının
xeyli azaldığını və onun namizədliyinin mümkünlüyünü ciddi şəkildə nəzərdən
keçirməli olduğuna ehtiyac yarandığını bildirib.
Digər tərəfdən, Nümayəndələr Palatasının keçmiş spikeri
Nensi Pelosi də Baydenə zəng edərək onu geri çəkilməyə razı salmağa çalışıb.
19.07.2024 çap et