Hökumət bu müdaxilələrin ölkə iqtisadiyyatına və ətraf mühitə, səhiyyəyə və kənd təsərrüfatı sektorlarına ciddi təsirindən şikayətlənir. Çünki mühacirlərin əksəriyyəti meşələrdə və zeytun fermalarında, xüsusən də Sfaks əyalətinin sahilyanı ərazilərində yaşayır.
Vətəndaş cəmiyyəti fəalı və həmkarlar ittifaqı üzvü Halid Qali DPA-ya danışıb: “Bəzi şəhərlərdə miqrantların həddindən artıq sıxlığı geniş yayılmış soyğunçuluq və hücumlarla təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsinə səbəb olub”.
Avropa Birliyi maliyyə və iqtisadi təşviqlər müqabilində İtaliyanın yaxın sahillərinə mühacir axınının azaldılması üçün 2023-cü ilin iyul ayında Tunislə anlaşma memorandumu imzalayıb. İtaliya hökuməti daha əvvəl Tunislə əməkdaşlığın 2024-cü ildə gələnlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğunu bildirmişdi.
Tunis daha çox maliyyə dəstəyi, o cümlədən avadanlıq və genişləndirilmiş Avropa investisiyaları tələb edir.