“CBS News” noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlardan 16-18 iyul tarixlərində kimə səs verəcəklərini soruşub. Sorğuya görə, Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra rəqibi Bayden üzərindəki üstünlüyünü artırıb.
İyulun 3-də keçirilən sorğuya görə yüzdə 50 səs alacağı təxmin edilən Tramp hazırkı anketdə səs nisbətini yüzdə 52-yə yüksəldib.
İyulun 3-də keçirilən sorğuda Baydenin səs nisbəti 48 faiz olduğu halda, hazırkı sorğuda 47 faizə düşüb.
Sorğu iştirakçılarının 54 faizinin fikrincə, Tramp ona qarşı sui-qəsd cəhdindən sonra birləşdirici mövqe nümayiş etdirib.
Baydenin seçkidən geri çəkiləcəyi təqdirdə Demokratların namizədi kimi qəbul edilən Trampla vitse-prezident Kamala Harris arasında qarşıdurma yaranarsa, keçmiş prezident yenidən irəlidə görünür.
Belə olan halda Trampın 51 faiz, Harrisin isə 48 faiz səs alacağı təxmin edilir.