Vaxt.Az

“Biz razılığa gəldik”


 

Tramp Zelenskiyə söz verdi

“Biz razılığa gəldik” ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən (cümə) Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdığını və Ağ Evə qayıdacağı təqdirdə Ukrayna ilə Rusiya arasında “müharibəyə son qoyacağına” söz verdiyini deyib.

AFP-nin xəbərinə görə, Respublikaçı namizəd “Truth Social” platformasında yazıb: “Əgər mən ABŞ prezidenti olsam, dünyaya sülh gətirəcəyəm və bir çox insanın həyatı bahasına başa gələn müharibəni bitirəcəm”.

Tramp tez-tez hakimiyyətə gəldikdən sonra Ukraynadakı münaqişəni çox tez bitirə biləcəyini iddia edir, lakin buna necə nail olacağı barədə ətraflı məlumat vermir. Trampın dəfələrlə Rusiya prezidenti Vladimir Putini tərifləməsi və digər NATO üzvü olan ölkələri tənqid etməsi Ukraynanın Qərb müttəfiqlərini təşvişə salıb.

ABŞ Co Bayden administrasiyası altında Kiyevə ən çox hərbi yardım göstərən ölkədir. Deməli, Trampın qələbəsi gələcək yardımı təhlükə altına qoya və Ukraynanın döyüş meydanındakı mövqeyini zəiflədə bilər.

Zelenski telefon zəngini təsdiqləyib və amerikalı milyarderi Respublikaçılar Partiyasından prezidentliyə rəsmi namizəd olması münasibətilə təbrik edib.

Zelenski “X” sosial media platformasındakı hesabında yazıb: “Mən ABŞ Konqresində ikipartiyalı və ikipalatalı dəstəyin millətimizin azadlığını və müstəqilliyini qorumaq üçün həyati əhəmiyyət daşıdığını vurğuladım. Biz prezident Trampla üzbəüz görüşdə Ukraynada ədalətli və davamlı sülhə doğru addımları müzakirə etmək barədə razılığa gəldik”.

Ukrayna prezidenti Pensilvaniyada Trampa qarşı “dəhşətli” sui-qəsdi də pisləyib.

 





20.07.2024    çap et  çap et