Vaxt.Az

43 il günahsız həbs


 

ABŞ tarixində ən uzun müddət dustaq olan qadın azadlıqda

43 il günahsız həbs ABŞ tarixində ən uzun müddət həbsdə olan qadın Sandra Hemme 43 ildən sonra azadlığa çıxıb. 1980-ci ildə ABŞ-da törədilən qətldə günahlandırılan və həbsdə yatan Sandra Hemmenin günahsız olduğu aydınlaşınca sərbəst buraxılıb.

64 yaşlı qadın 1980-ci ildə Missuri ştatında kitabxana işçisini bıçaqlayaraq öldürməkdə təqsirli bilinib. Ömürlük həbs cəzasına məhkum edilən qadın, əleyhinə heç bir sübut olmasa da, qaldığı psixiatriya klinikasında dərmanların təsiri altında qətlə yetirilməsi məsuliyyətini öz üzərinə götürüb.

ABŞ məhkəməsi Hemme haqqında hökmü ləğv edərək qadının günahsız olduğuna və azadlığa buraxılmasına qərar verib. Hemmenin günahsız olduğunu göstərən kifayət qədər dəlilin olması hakimin qərarına təsir edib.

Bununla Hemme ABŞ tarixində ən uzun müddət həbsdə olan qadın olub. Uzun illərdən sonra dünən Kanzas ştatında həbsxanadan çıxan Hemme qızı və nəvəsini qucaqlayaraq həsrətini söndürüb.

 





20.07.2024    çap et  çap et