Vaxt.Az

“Sizi böyük qələbəyə hazır görürəm”


 

Venesuela prezidenti Madurodan argentinalı həmkarı Mileyə ağır sözlər

“Sizi böyük qələbəyə hazır görürəm” Venesuelanın paytaxtı Karakasda keçirilən mitinqdə çıxış edən prezident Nikolas Maduro ictimaiyyəti iyulun 28-də keçiriləcək prezident seçkilərində səs verməyə çağırıb. Argentina prezidenti Xavyer Mileyi tənqid edən Maduro, “Milei Argentinanı qrinqo (ABŞ) müstəmləkəsinə çevirdi, nə faşizm, nə də kapitalizm Venesuelanı ələ keçirməyəcək”, – deyib.

Venesuela prezidenti, “seçkilərə az qalmış xalqın son dərəcə ayıq və şüurlu olduğunu görürəm. Sizi 28 iyulda böyük qələbəyə hazır görürəm. İrqçi oliqarxiyaya qarşı mübarizəyə hazırıq”, – deyib.

Maduro seçki kampaniyası çərçivəsində 250-dən çox şəhər və qəsəbəyə baş çəkdiklərini və həqiqətləri ictimaiyyətə çatdırdıqlarını bildirib.

Venesuela xalqı yeni prezidenti seçmək üçün iyulun 28-də seçkiyə gedəcək.

Seçkilərin prezident Nikolas Maduro ilə müxalifətin ümumi namizədi Edmundo Qonzales arasında keçiriləcəyi gözlənilir.

 





20.07.2024    çap et  çap et