Vaxt.Az

“Arada bir qanayır”


 

Trampın həkimi: “Sağ qalması, sözün əsl mənasında, möcüzədir”

“Arada bir qanayır” ABŞ prezidenti Donald Trampın Ağ Evdəki həkimi Ronni Cekson sui-qəsd cəhdi zamanı Trampın vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Cekson Trampın sui-qəsddən bəri yanında olduğunu, yarasını hər gün müalicə etdiyini, vəziyyətinin çox yaxşı olduğunu bildirib.

Güllənin Trampın başından bir neçə millimetr keçərək sağ qulağının yuxarı hissəsinə dəydiyini ifadə edən Cekson, “Güllə çapığı qulağın qığırdaq səthinə uzanan 2 santimetr genişlikdə yara əmələ gətirib”, – deyib.

***

Başlanğıcda ciddi bir qanaxma, ardınca qulağın üst hissəsində şişkinlik olduğuna diqqət çəkərək, bunun zamanla keçdiyini və “Yara düzgün yaxşılaşmağa başladı. Qulaqda aralıq qanamalar var. Bu da hələ sarğı gəzməyi tələb edir”.

Trampa ilk yardımı Pensilvaniya ştatının Butler bölgəsindəki “Butler Memorial Hospital”ın tibb işçilərinin göstərdiyini qeyd edən Cekson, keçmiş prezidentin yarasının mükəmməl müalicə olunduğunu vurğulayıb.

Cekson qeyd edib ki, xəstəxananın tibb işçiləri əlavə xəsarətlər üçün hərtərəfli aparıb. Lazım gələrsə Trampın başının KT və eşitmə orqanı da daxil olmaqla digər hərtərəfli müayinələr aparılacaq.

Trampın vəziyyətinin ümumiyyətlə yaxşı olduğunu və iyulun 13-də aldığı güllə yarasının gözlənildiyi kimi sağaldığını ifadə edən Cekson, “Sağ qalması, sözün əsl mənasında, möcüzədir”, – deyib.

 





20.07.2024    çap et  çap et