Vaxt.Az

“İndi gedər, bu saat gedər”


 

“Nuh deyib, peyğəmbər deməyən” Baydendən “yarışa davam” mesajı

“İndi gedər, bu saat gedər” Getdi-gedəcək deyərkən, “Covid-19” səbəbiylə təcrid olunan ABŞ prezidenti Co Baydendən seçki mitinqlərini davam etdirmək barədə mesaj gəldi. İlkin seçkilər nəticəsində 14 milyon partiya üzvünün səsini qazanan və noyabrın 5-də Demokratların namizədi olacağına zəmanət verən ABŞ prezidenti Co Baydeni namizədlikdən uzaqlaşdırmaq üçün media üzərindən mübarizə tam sürətlə davam edərkən, Bayden və onun seçki kampaniyası yarışdan çəkilməyəcəklərinə israr edərək müqavimət göstərməkdə davam edir.

***

İyunun 27-dəki televiziya debatından sonra hər gün mediada tənqidlərə məruz qalan Bayden məşhur donorlarını da itirdi. Nəhayət, ABŞ Konqresindəki demokratlar bir-birinin ardınca üsyan bayrağını qaldırmağa başladılar. Dünənə olan məlumata görə, Nümayəndələr Palatasının 31 üzvü və 4 senator da daxil olmaqla ümumilikdə 35 Demokrat konqresmen açıq şəkildə “istefa etməyə” çağırış edib.

***

Fərqli əsas media təşkilatlarından və anonim mənbələrə əsaslanan üst-üstə düşən xəbərlərdə “Bayden indi gedər, bu saat gedər” kimi bir qavrayış yayılsa da, Baydenin rəsmi seçki kampaniyası cümə günü bunun əksini ifadə edən bir bəyanat yayımladı. “Gələn həftə seçki kampaniyasına qayıtmağı səbirsizliklə gözləyirəm” deyən Bayden “geri çəkilmə” çağırışları ilə narahat olmur. “New York Times” qəzetinin son iddiasına görə, Bayden yarışdan çəkilərək sabahdan etibarən Vaşinqtonda olacaq İsrailin baş naziri Benyamin Netanyahuya bu zövqü vermək istəmir.

***

Amerika mediasında yer alan anonim mənbələr tərəfindən yayılan xəbərlərdə Bayden indiyə qədər ona ən çox dəstək verən keçmiş prezident Barak Obama, Senatda çoxluq lideri Çak Şumer, Nümayəndələr Palatasında bəzi Demokratik ağır çəkililərin də tələblərini qəbul etməyib. Hakim Cefris və Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin heç birinin Baydeni açıq şəkildə satmaması “bu siyasi manevrin arxasında kim dayanır” sualını doğurur. Xüsusən də Cefrisin cümə günü kameralar qarşısına keçərək onun haqqında yayılan xəbərləri təkzib etməsi və Baydenin arxasında olduğunu bildirməsi mediada bu xəbərlərin mənbə(lər)inə və müəllif(lər)inə dair şübhələr yaradır.

***

Media vasitəsilə aparılan bu “anonim müharibə” davam etsə də, prezident Bayden keçən həftə məktub dərc edərək demokratik prosesə hörmət edilməsini istəyib. “Bizim Demokrat Partiyası daxilində namizədliyi irəli sürmə prosesi var idi və seçicilər fikirlərini aydın və qətiyyətlə bildirdilər. Mən 14 milyondan çox səs aldım” deyən Bayden, "indi bu prosesin vacib olmadığını söyləyəcəyik? Seçicilərin söz haqqı yoxdur?”, – suallarını ünvanlayıb.

***

Bayden, partiyanın namizədi ilə bağlı nə medianın, nə də donorların qərar vermədiyini, son sözü xalqın deməyə haqqı olduğunu da vurğulayıb. Bununla belə, müxtəlif sorğularda Demokratik Partiya seçicilərinin ən azı 65 faizi Baydenin istefasını istəyir ki, bu da 81 yaşlı namizədə əlavə təzyiq göstərir.

***

İyunun 27-dən sonra Demokrat Partiyası daxilində başlayan “yanğın”a səbəb Baydenin məyusedici debat performansı olsa da, uzun müddətdir ki, 81 yaşlı prezidentin pilləkənlərdən yıxılması, unutqanlıq və adları qarışdırması kimi kuryoz vəziyyətləri diqqət çəkib. Buna baxmayaraq, partiya daxilindən ciddi rəqibin meydana çıxmaması, Baydenə dəstək və son mərhələdə “seçkidən çəkil” çağırışları demokratların siyasi baxımdan necə çıxılmaz vəziyyətdə olduğunu göstərir.

***

Səxavətli donorlar Baydenin namizədlikdən əl çəkməməsindən sonra bir-birinin ardınca pul kranlarını kəsərkən, vitse-prezident Kamala Harris cümə günü onlarla görüş keçirib. Harris: “Biz bu seçkidə qalib gələcəyik. Biz bu seçkidə Amerika xalqının hansı namizədə üstünlük verdiyini bilirik – prezidentimiz Co Baydenə”.

 





21.07.2024    çap et  çap et